Livan Prezidenti Cozef Aun İranı ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tehranla İsrail arasında son gərginləşməni şərh edən prezident, Livanın suveren bir dövlət olduğunu və İranın himayəsinə ehtiyacı olmadığını bildirib.
Dövlət başçısının sözlərinə görə, Livan regiondakı dost ölkələrin dəstəyini alqışlayır, lakin digər dövlətlərin maraqları ilə diktə edilən və Livan xalqının maraqlarına uyğun olmayan hərəkətləri qəbul etmir. Aun ölkənin danışıqlar yolunu seçdiyini və münaqişənin davam etdirilməsində maraqlı olmadığını vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, livanlılar xarici himayə olmadan müstəqil şəkildə öz dövlətlərini bərpa edə və gücləndirə bilirlər.
O, daha əvvəl də Tehranı Livanın daxili işlərinə qarışmamağa çağıraraq bildirib ki, ölkə İranla ABŞ arasında danışıqlarda alətə çevrilməməlidir.
İranın Xarici İşlər naziri Abbas Əraqçi isə öz növbəsində bu cür ittihamları rədd edərək bildirib ki, Livan üçün əsas təhlükə İsraildir.
“AzPolitika.info”

Şərhlər