Futbol üzrə 2026-cı il dünya çempionatının Meksikada keçirilən açılış mərasimi maraqlı məqamlarla yadda qalıb.

Mərasimdə tanınmış latın amerikalı müğənnilər və məşhur simalar iştirak ediblər. Onların arasında yer alan müğənni Belindanın səhnədə etdiyi bir hərəkət isə sosial şəbəkələrdə və müxtəlif media platformalarında geniş müzakirələrə səbəb olub.

Belinda çıxışı zamanı hər iki əlini birləşdirərək üçbucaq formasında işarə göstərib və bu görüntü kameralar tərəfindən qeydə alınıb. Sosial media istifadəçilərinin bir qismi bu jesti “illuminati simvolu” kimi şərh edib.

İddialara görə, müğənni daha əvvəl də foto çəkilişlərində, kliplərində və televiziya proqramlarında oxşar əl işarələrindən istifadə edib. Bu səbəbdən onun son çıxışı da yenidən müxtəlif müzakirələrə yol açıb.

"AzPolitika.info"