Menu

ABŞ İran millisini ölkədən qovub

16.06.2026, 14:28
ABŞ İran millisini ölkədən qovub

İran milli futbol komandasının baş məşqçisi Əmir Qəlenoyi komandanın Dünya Kuboku çərçivəsində keçirilən oyundan dərhal sonra ABŞ ərazisini tərk etməyə məcbur edildiyini iddia edib.

Onun sözlərinə görə, İran – Yeni Zelandiya matçının 2:2 hesablı heç-heçə ilə başa çatmasından sonra futbolçulara bərpa üçün vaxt verilməyib və komanda qısa müddət ərzində ABŞ-dən çıxarılaraq Meksikadakı təlim-məşq düşərgəsinə göndərilib.

Qəlenoyi bu qərarın oyunçuların fiziki vəziyyətinə mənfi təsir göstərdiyini də vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol