Trampın BƏƏ lideri ilə bağlı zarafatı G7 sammitində diqqət çəkdi

Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 Liderlər Zirvəsində ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Mohamed bin Zayed Al Nəhyan arasındakı dialoq sosial şəbəkələrdə maraqla qarşılanıb.

İkitərəfli görüş zamanı Al Nəhyanın alçaq səslə danışmasından sonra Tramp salondakılara üz tutaraq, “Bunun səsini eşidən varmı?” deyə zarafat edib. Daha sonra o, BƏƏ liderinin maliyyə imkanlarına işarə edərək, “Bu qədər zəngin olanda səsini yüksəltməyə ehtiyac qalmır” ifadəsini işlədib.

Trampın sözləri salondakı bəzi iştirakçıların gülüşünə səbəb olsa da, Al Nəhyanın buna ciddi reaksiya verdiyi görünüb.

"AzPolitika.info"