Menu

"TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək" - Amerikalı nazir

22.11.2026, 21:54
"TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək" - Amerikalı nazir

TRIPP dəhlizinin tam şəkildə işə düşməsi Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək.

Bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda deyib.

ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd etdi.

Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol