Menu

KALİNİNQRADA ZƏRBƏ ENDİRİLDİ - Avropa müharibəyə cəlb olunur? + VİDEO

22.11.2026, 15:41
KALİNİNQRADA ZƏRBƏ ENDİRİLDİ - Avropa müharibəyə cəlb olunur? + VİDEO

21 noyabr axşamı Kalininqrad vilayətində hava həyacan siqnalları və partlayışlar qeyd alınıb. Qeyd edək ki, bundan öncə Kreml Avropanın az qala mərkəzində yerləşən və Rusiyanın anklavı olan Kalininqradın hətta blokadası cəhdinə görə belə nüvə silahına əl atacağı barədə xəbərdarlıq etmişdi. İndi isə Kalininqrada endirilən zərbə Avropanın müharibəyə birbaşa cəlb edilməsi üçün əsas yarada bilər.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Kalininqrad qubernatoru Aleksey Besprozvannıx Nemanski rayonunda dron xəbərdarlıq sisteminin işə salındığını bildirib. O qeyd edib ki, “Litva tərəfindən gələn şübhəli bir obyektə görə” hava həyacanı işə düşüb.

Ukrayna monitorinq kanalları yerli sakinlərin zenit atəşi və insanların qaçdığını göstərən videolarını yayımlayıb.

“Exilenova+” bildirir ki, Rusiya Baltik Donanmasının bazasının yerləşdiyi Baltiysk liman şəhərində çoxsaylı partlayışlar və dron səsləri qeydə alınıb. Hücumun hədəfi, ehtimal ki, Rusiyanın dəniz bazası olub. Şəhərdə internetin bloklandığı bildirilir.

Hərbi analitik Yan Matveyev yazıb ki, bu hücum Rusiyanın öz təxribatı ola bilər. Ondan ötrü ki, Avropanı hücumda günahlandırsın. Litva bu hadisəyə heç bir aidiyyatının olmadığını bəyanedib.

Xatırladaq ki, iki gün öncə Polşa ərazisinə Rusiya raketləri və PUA-ları düşmüşdü.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol