Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlər müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə portuqaliyalı həmkarı Marselo Voltye Matiasla görüşdə fikir mübadiləsi aparıb.
"Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə səfirliyimizə nəzakət ziyarəti edən Portuqaliyanın İrana yeni təyin olunmuş səfiri Marselo Voltye Matiasla görüşüb", - səfirliyin "X" sosial şəbəkə hesabında paylaşılan məlumatda bildirilib.
Digər müzakirə mövzuları barədə məlumat verilməyib.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə səfirliyimizə nəzakət ziyarəti edən Portuqaliyanın İran İslam Respublikasına yeni təyin olunmuş səfiri Marcelo Vaultier Mathias ilə görüşüb. Ambassador of the Republic of Azerbaijan to the Islamic Republic of Iran, Ali Alizada, met with Marcelo Vaultier Mathias, the newly appointed Ambassador of Portugal to the Islamic Republic of Iran, who paid a courtesy call on the Embassy of Azerbaijan.
— Azerbaijan Emb. to Iran (@AzEmbIran) November 22, 2026


Şərhlər