Menu

Astarada yol qəzası baş verib - Qaz xətti zədələnib, beş kənddə qaz kəsilib

22.11.2026, 12:07
Astarada yol qəzası baş verib - Qaz xətti zədələnib, beş kənddə qaz kəsilib

Astaranın Ərçivan qəsəbəsində yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, VAZ-2107 markalı avtomobilin yoldan çıxaraq qaz xəttinə çırpılması nəticəsində xətt zədələnib.

Hadisə ilə əlaqədar səhər saatlarından etibarən Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Əraziyə qaz qəza xidmətinin əməkdaşları cəlb edilib, təmir-bərpa işləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol