İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə 01:25-də baş verən zəlzələnin ocağı 7,16 km dərinlikdə yerləşib.
"Report"un yerli bürosunun məlumatına görə, yeraltı təkanlar Naxçıvanda da hiss olunub.
21 noyabr, 23:35
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:21-də qeydə alınan zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri Türkiyənin Van vilayətinin Özalp rayonundan 47,59 kilometr məsafədə olub.


Şərhlər