Qazax sakini Kür çayında batıb.
"Report" müxbiri xəbər verir ki, rayonun Birinci Şıxlı kənd sakini 1963- cü il təvəllüdlü Yaqub Məmmədov Kür çayının Qazax rayonu istiqamətində axan hissəsində batıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Birliyinin xilas ediciləri cəlb olunub. Hazırda 63 yaşlı şəxsin axtarışları davam edir.


Şərhlər