Fransanın Evian şəhərində keçirilən G7 Liderlər Zirvəsində ABŞ Prezidenti Donald Trampın gecikməsi və bununla bağlı zarafatı diqqət çəkib.
Sammitin iclasına digər liderlərdən sonra qatılan Tramp zalda onu gözləyən dövlət və hökumət başçılarının yanına gələrkən jurnalistlərin sualları ilə üzləşib. ABŞ lideri gecikməsinin səbəbi ilə bağlı verilən suala zarafatla “Burada "boss" mənəm” cavabını verib.
Trampın bu açıqlaması zalda gülüşə səbəb olub.
Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə və beynəlxalq mediada geniş yayılıb.
"AzPolitika.info"

Şərhlər