Braziliya Müdafiə Nazirliyi milyonlarla sakinin mobil telefonuna yadplanetlilərin hücumu barədə xəbərdarlıq göndərib, lakin sonradan hadisənin haker hücumunun nəticəsi olduğunu açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə "Veja" jurnalı xəbər verib.

Qeyd olunur ki, ölkənin bir neçə bölgəsindəki sakinlər hərbi orqandan "mizantropiya" sözü olan mesajlar, Belo Horizonte şəhərində isə sakinlər "UNO hücumu" barədə xəbərdarlıq alıblar. Bildirişlərdə həmçinin "Ehtiyatlı olun: yadplanetli hücumu, insanlar gəlir" ifadəsi də yer alıb.

Braziliya Müdafiə Nazirliyi daha sonra bu mesajların yayılmasının sistem haker hücumu nəticəsində baş verdiyini bildirib.

"İnteqrasiya və Regional İnkişaf Nazirliyinin Mülki Müdafiə və Müdafiə üzrə Milli Katibliyi Federal Polislə əlaqə saxlayacaq və bütün təhlükəsizlik pozuntuları aradan qaldırıldıqdan sonra sistemi mümkün qədər tez bərpa etmək üçün tədbirlər görəcək", - nazirliyin açıqlamasında deyilir.