Rusiyadakı ukraynalı hərbi əsirlərə Vladimir Putinin köməkçisi Vladimir Medinskinin rəhbərliyi altında hazırlanmış Rusiya tarixinə dair məktəb dərslikləri, eləcə də "Banderaçıların vəhşilikləri" haqqında kitab verilir.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasında Rusiya Hərbi Tarix Cəmiyyətinin (RMHS) elmi direktoru Mixail Myaqkov mətbuata bildirib.
"Bu gün bu, ərazimizdə saxlanılan ukraynalı hərbi əsirlərə paylanır”, - Myaqkov deyib. O əlavə edib ki, əsirlərdən bu kitabları oxumaları və onların məzmunu barədə cavab vermələri tələb olunur.
Medinskinin özü də daha əvvəl yazdığı həmin dərsliyin öyrənilməsinin ukraynalı hərbi əsirlərin "zehnini təmizləyə biləcəyini” demişdi.
10-11-ci siniflər üçün vahid tarix dərsliyi Vladimir Putinin göstərişi ilə hazırlanmış və 2023-cü ildə məktəblərdə tətbiq edilmişdir. Dərslikdə Putindən çoxsaylı sitat gətirilir, SSRİ-nin dağılması və 1990-cı illərdə baş verən hadisələr tənqidi şəkildə təsvir olunur. Krımın və digər Ukrayna ərazilərinin ilhaqı "tarixi torpaqların qaytarılması" adlandırılır. Xüsusilə "Ukrayna nasizmi", "ABŞ-nin Rusiyaya təzyiqi" və "tarixin saxtalaşdırılması" mövzularına diqqət yetirilir.
”AzPolitika.info”
.

Şərhlər