Menu

Nazirlik "General Hospital"ın lisenziyasını ləğv etdi

23.06.2026, 15:59
Nazirlik "General Hospital"ın lisenziyasını ləğv etdi

Bir müddət əvvəl "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlanıb.

Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başlayıb.

"AzPolitika" "Unikal"a istinadən xəbər verir ki, aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib.

Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.

Məlumatı İqtisadiyyat Nazirliyi təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol