Avstriyada heyvandarlıqla məşğul olan 72 yaşlı Rudolf Şaubax canavar hücumlarının artması fonunda qoyunları qorumaq üçün xüsusi zireh hazırlayıb.

Avstriyanın Villax şəhərində yaşayan fermer üç il ərzində üzərində çalışdığı layihə çərçivəsində qoyunların bədənini örtən və plastik tikanlarla gücləndirilmiş yüngül tor konstruksiyası hazırlayıb. Təxminən 2-3 kiloqram ağırlığında olan qoruyucu vasitə əsasən canavarların ən çox hədəf aldığı boğaz nahiyəsini müdafiə etmək məqsədi daşıyır.

Şaubaxın sözlərinə görə, tikanlar hücum zamanı yırtıcıya ağrı verərək onu uzaqlaşdırmalı və canavarın eyni heyvana yenidən hücum etməsinin qarşısını almalıdır.

Lakin layihə fermerlər və mütəxəssislər arasında birmənalı qarşılanmayıb. Bir çoxları sistemin həm baha başa gəldiyini, həm də praktik olmadığını düşünür.

"AzPolitika.info"