Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Şimali Krım Kanalı üzərindəki dəmir yolu körpüsünü tamamilə dağıdıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

"Krımda Şimali Krım Kanalı üzərindəki dəmir yolu körpüsü artıq mövcud deyil" – məlumatda deyilir.

Əlavə olunur ki, starteji əhəmiyyətli bu körpü işğal olunmuş Krımdakı Razdolnoye kəndi yaxınlığında Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsüdür: "Bu, işğalçılar üçün strateji hərbi-logistika arteriyası, hərbi yüklərin, resursların və materialların iki əsas istiqamətdə hərəkəti üçün nəqliyyat dəhlizinin bir hissəsi idi”.


“AzPolitika.info”