Menu

Sabah bu rayonda işıq kəsiləcək

27.11.2026, 17:25
Sabah bu rayonda işıq kəsiləcək

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq. 

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "AzPolitika"ya verilən məlumata görə, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol