Türkiyə Futbol Federasiyası (TFF) Paraqvaya qarşı keçirilən oyunun nəticəsi ilə bağlı FIFA-ya müraciət edib. Federasiya matç zamanı baş vermiş maraqlı epizodun oyunun yenidən keçirilməsi üçün əsas yarada biləcəyini irəli sürüb.
Müraciətə səbəb olan hadisə görüşün 45-ci dəqiqəsində yaşanıb. Belə ki, yerə düşən hakim saatını paraqvaylı futbolçulardan biri götürərək öz qoluna taxıb. TFF hesab edir ki, bu hal hakimin nüfuzuna təsir göstərə və oyunun idarə edilməsinə kölgə sala bilər.
Federasiya FIFA-ya ünvanladığı müraciətdə məsələnin araşdırılmasını və oyunun yenidən keçirilməsi imkanının nəzərdən keçirilməsini istəyib.
FIFA isə cavabında bildirib ki, hakimin fəaliyyətini davam etdirməsinə maneə yaranmayıb və hadisə onun vəzifələrini yerinə yetirə bilmədiyini göstərmir. Qurum qeyd edib ki, hakimin ehtiyat saatının olması hər hansı mübahisəli vəziyyətin yaranması ehtimalını aradan qaldırıb.
Beləliklə, FIFA Türkiyənin müraciətini əsaslı hesab etməyərək matçın yenidən keçirilməsi ilə bağlı tələbini qəbul etməyib.
Qeyd edək ki, Türkiyə millisi 2026-cı il dünya çempionatının D qrupunda Paraqvaya 0:1, Avstraliyaya isə 0:2 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb.
"AzPolitika.info"

Şərhlər