Həştərxanda ictimai iaşə müəssisəsində qidadan zəhərlənənlərin sayı 23 nəfərə çatıb.
"Report"un Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
"Həştərxanda zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı bazar günü 23 nəfərə çatıb, onlar arasında 1 yaşdan 15 yaşa qədər qədər altı uşaq, yeniyetmə var. Bütün zərərçəkənlərin vəziyyəti orta-ağırdır", - açıqlamada deyilir.
Xatırladaq ki, Rusiya Federasiyasının Həştərxan vilayəti üzrə İstintaq Komitəsi iyunun 27-də ictimai iaşə müəssisəsində hazırlanmış qidanı yedikdən sonra 14 nəfərin zəhərləndiyini bildirib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri (qadın) xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi açılıb.

Şərhlər