Menu

"ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək" - Tramp

29.06.2026, 15:48
"ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək" - Tramp

ABŞ-İran danışıqları iyunun 30-da Dohada (Qətər) keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb.

"İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - o qeyd edib.

O, həmçinin başqa bir paylaşım edib və orada WTI markalı neftin bir barelinin 69 dollar olduğunu yazıb.

"WTI markalı neft - 69 dollardır və qiymət azalmağa davam edir. Bu, İranın nüvə silahından imtina prosesinə başlamazdan əvvəlki göstəricidən aşağıdır!", - Tramp vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol