Ukraynanın neft emalı zavodlarına zərbələrindən sonra Rusiyanın demək olar, bütün bölgələrini bürüyən yanacaq böhranı səbəbindən taksi sürücülərinin işə çıxması azalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə "Kommersant" məlumat verib. Qeyd olunur ki, məsələn, 2000-dən çox nəqliyyat vasitəsinə malik taksi şirkəti olan “F1rst” sürücülərinin sayında 20% azalma qeydə alınıb. 

Taksi Şirkətlərinin Milli Assosiasiyası bu tendensiyanı təsdiqləyərək bildirib ki, sürücülər yanacaq tükənməməsi üçün uzun marşrutlardan çəkinirlər.

"Maxim" taksi sifariş xidmətinin məlumatına görə, sürücülər əvvəlkindən daha az sifariş yerinə yetirərkən uyğun yanacaqdoldurma məntəqəsi axtarmağa və yanacaq doldurmağa daha çox vaxt sərf edirlər. Bu da sürücülərin vəziyyətini daha da pisləşdirir, çünki onların xərcləri artır, gəlirləri isə eyni qalır.

“AzPolitika.info”