Azərbaycanın aparıcı onlayn media resurslarından biri olan "Oxu.az" fəaliyyətə başlamasının 13-cü ildönümünü qeyd edir.
2013-cü ildə yaradılan xəbər portalı ötən illər ərzində operativliyi, geniş xəbər şəbəkəsi və multimedia məzmunu ilə ölkənin informasiya məkanında özünəməxsus yer tutub. Sayt Azərbaycan və rus dillərində günün ən vacib siyasi, iqtisadi, sosial, beynəlxalq, idman və mədəniyyət xəbərlərini oxucularına operativ şəkildə təqdim edir. Bununla yanaşı, analitik yazılar, müsahibələr, reportajlar, foto və videomateriallarla zəngin informasiya axını təmin edərək geniş oxucu auditoriyasının etimadını qazanıb.
Bu gün yüzlərlə xəbərin yayımlandığı, peşəkar jurnalist və redaktor heyətinin fəaliyyət göstərdiyi Oxu.az Azərbaycan mediasının dinamik inkişaf edən platformalarından biri kimi fəaliyyətini davam etdirir.
"AzPolitika.info"nun kollektivi olaraq "Oxu.az"-ın rəhbərliyini və bütün əməkdaşlarını 13 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, yaradıcı fəaliyyətlərində yeni uğurlar və peşəkar nailiyyətlər arzulayırıq.

Şərhlər