Latviya və digər Baltikyanı ölkələr Ukraynanın Rusiyaya qarşı hava hücumları üçün hava dəhlizləri təmin ediblər.
"AzPolitika" xəbər verir ki, belə bir iddia ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış edib.
O, əlavə edib ki, Moskvada bununla bağlı təsdiqlənmiş məlumatlar var.
Nazir müavini RİA Novosti agentliyinə bildirib ki, Latviya və digər Baltikyanı respublikaların Rusiyanın mülki infrastrukturuna hücum edən Ukrayna dronları üçün hava dəhlizlərini təmin etməsinə dair məlumatları yoxlayıblar.
Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri aprel ayında Ukraynaya heç vaxt Rusiya ərazisində yerləşən hədəflərə qarşı dron hücumları üçün hava məkanından istifadə etməyə icazə vermədiklərini bildirmişdilər. May ayında Rusiya Xarici Kəşfiyyat Xidməti Ukrayna Silahlı Qüvvələrinin Baltikyanı ölkələrdən dron hücumları üçün istifadə planlarını açıqlayıb. Latviya və Litva bu məlumatı təsdiqləməyiblər.

Şərhlər