OPEC+ alyansının hasilatı könüllü azaldan 7 ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq, Küveyt, Qazaxıstan və Oman) bu gün avqust ayı üçün kvotalarını müzakirə edəcəklər.

"AzPolitika" xəbər verir ki, bazar iştirakçıları əvvəlki aylarda olduğu kimi, kvotaların gündə 188.000 barel artırılacağını gözləyir.

Bu ölkələr (may ayında OPEC və OPEC+-dan çıxan BƏƏ xaric) hazırda bazara əvvəl azaltdıqları əlavə 1,65 milyon bareli bərpa edirlər. Hazırkı artım cədvəlinə əsasən, bu ölkələr bu məhdudiyyətləri ləğv etmək üçün avqust və sentyabr aylarında kvotalarını gündə 188.000 barel artırmalıdırlar.

Mart ayından bəri, razılaşmada iştirak edən OPEC ölkələri kvotalarına uyğun olaraq hasilatı artıra bilməyiblər, çünki İran bu ölkələrin qlobal bazarlara neft ixrac etdiyi Hörmüz boğazını bağlamışdı. Azalan hasilat həcmləri gündə təxminən 8 milyon bareldir.

Rusiya da icazə verilən istehsal həcmindən geri qalır. Bu arada, Qazaxıstan OPEK+ çərçivəsində müəyyənləşdirilən hasilat kvotasını 1 milyon barelə yaxın keçir. Bu artıq həcmlərin kompensasiya edilməsinə dair vədlər isə icra olunmamış qalır.