Kəlbəcər rayonunda iki mina partlayışı qeydə alınıb.
"AzPolitika" Teleqraf-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər və Laçın rayonlarının sərhədində yerləşən yaylaq ərazisində baş verib.
İlkin məlumata əsasən, partlayış nəticəsində üç baş xırdabuynuzlu heyvana ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, sözügedən ərazidə bundan əvvəl də mina partlayışı halları qeydə alınıb.

Şərhlər
Erməni millətçiklərinin azərbaycanlılara və Azərbaycana qarşı hərbi dəstəklənmiş terror cinayətlərinin beş il də etiraf, mühakimə edilməməsi, hərbi partlayışların davamı tarixi cinayətə qarşı daha adekvat hüquqi münasibət tələb edir. A.Ermənistan və Azərbaycan hər ikisi 28 May 1918ci il ilkin dövlətlərini elə həmin əraziləri ilə rəsmən qəbul etməlidirlər? B.Hərbi işğal dövrünün bütün itgi-zərlərinə təzminat iddiası qaldırılmalıdır?