Fransanın Ankaradakı səfirliyində 14 İyul – Milli Gün münasibətilə təşkil olunan rəsmi qəbulda maraqlı anlar yaşanıb.
Fransa səfiri İzabel Dümon və Belçikanın Ankaradakı səfiri Hendrik Van de Velde tədbirdə məşhur "Erik Dalı" mahnısının sədaları altında qarşılıqlı rəqs ediblər.
Səfirlərin çıxışı bir neçə həftə əvvəl sosial şəbəkələrdə başlayan zarafat xarakterli "Erik Dalı" çağırışının davamı olub. Tədbirə qatılan yerli və xarici qonaqlar rəqsi alqışlarla qarşılayıb, bir çoxu həmin anları mobil telefonları ilə lentə alıb.
Qeyd edək ki, Belçika səfirinin may ayında təşkil olunan tədbirdə "Erik Dalı" oynaması sosial şəbəkələrdə geniş marağa səbəb olmuş, daha sonra Fransa səfirliyi onu 14 İyul qəbulunda dostluq xarakterli rəqsə dəvət etmişdi.
"AzPolitika.info"

Şərhlər