2026-cı ilin II rübünün yekunlarına əsasən, Azərbaycanın bank sektoru üzrə aktivlərin həcmi açıqlanıb.

Valyuta.az xəbər verir ki, "ABB"nin aktivləri 15 milyard 304 milyon 532 min manat təşkil edib.

İkinci pillədə "Kapital Bank" qərarlaşıb. Bankın aktivləri 13 milyard 271 milyon 814 min manat olub.

İlk üçlüyü isə "PAŞA Bank" tamamlayır. Bankın aktivləri hesabat dövründə 9 milyard 522 milyon 354 min manat təşkil edib.

Sonrakı sıralarda "Xalq Bank" (2 milyard 832 milyon 273 min 510 manat), "Bank Respublika" (2 milyard 716 milyon 924 min 810 manat) və "Unibank" (2 milyard 311 milyon 377 min manat) yer alıb.

"AzPolitika.info"