Menu

Rusiyadan Türkiyəyə qadağa: Sabahdan bu məhsulların idxalı dayandırılır

17.07.2026, 18:19
Rusiyadan Türkiyəyə qadağa: Sabahdan bu məhsulların idxalı dayandırılır

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyəyə qarşı məhdudiyyət qərarı alıb.

“AzPolitika” xəbər verir ki, iyulun 18-dən etibarən Türkiyənin beş ixracatçı şirkətindən Rusiyaya çəyirdəkli meyvə məhsullarının gətirilməsinə müvəqqəti qadağa qoyulacaq.

Qurumun rəsmi açıqlamasına görə, buna səbəb Türkiyədən idxal olunan çəyirdəkli meyvələrdə Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün qadağan olunmuş sayılan zərərli orqanizmlərin mütəmadi olaraq aşkarlanmasıdır.

Müvəqqəti məhdudiyyətlərin Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının müvafiq maddəsi və Rusiyanın daxili qanunvericiliyi əsasında tətbiq edildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol