Menu

Üç idarə MMC oldu: Rəis təyin edildi - FOTO

20.07.2026, 13:41
Üç idarə MMC oldu: Rəis təyin edildi - FOTO

Hacıqabul rayonunun Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.

"AzPolitika" Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısı Sevindik Hətəmov sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin qurumların bazasında Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində “Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC yaradılıb və müəssisənin Nizamnaməsi təsdiqlənib.

Digər sərəncamla Aqil Aslanov “Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC-nin rəisi vəzifəsinə təyin olunub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol