ABŞ və Səudiyyə Ərəbistanı Vaşinqtonun bu ölkənin dinc nüvə proqramına dəstəyi ilə bağlı saziş imzalayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin yaydığı açıqlamada deyilir.

Sənəddə qeyd olunur ki, saziş 22 iyulda ABŞ energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud tərəfindən imzalanıb və saziş nəzərdən keçirilməsi üçün ABŞ Konqresinə təqdim edilib.

Sənəddə qeyd olunur ki, bu, bir neçə onillik davam edəcək və ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanının nüvə enerjisinin inkişafı proqramında iştirak etmək üçün geniş imkanlar açmaq məqsədi daşıyır.