"Rusiyanın Fars körfəzindəki Amerika bazalarının peyk şəkillərini İranla paylaşdığının doğru olub-olmadığını öyrənəcəyik. Mən bu barədə Putindən soruşacağam”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bununla yanaşı, Tramp əlavə edib ki, hətta Rusiya İrana peyk şəkillərini ötürbsə də belə, bunun hadisələrin gedişinə ciddi təsiri olmayıb.

Tramp həmçinin, Rusiaynın Venesuelaya da zamanında çox silah ötürdüyünü xatırladıb və qeyd edib ki, bu, Venesuela hakimiyyətinə kömək etməyib: "Venesuelada Rusiya texnikası var idi. Bəs bu nə ilə bitdi? Çox da yaxşı bitmədi. Biz Venesueladan milyardlarla dollar alırıq. Eyni şey İranla da olacaq”.

Tramp sonradan əlavə edib ki, guya Venesueladan qazanılan milyardlar Venesuelanı idarə etmək üçün istifadə olunur…

“AzPolitika.info”