UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" cavab matçı başa çatıb.
"AzPolitika" xəbər verir ki, Kuopio Şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" 0:2 hesablı qələbəyə sevinib.
Qolları rəqib qapısından Veliko Simiç (53) və Coy-Lens Mikels (70) keçiriblər.
İki oyunun nəticəsinə əsasən "Sabah" ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.
Belə ki, komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olacağı təqdirdə, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazanacaq.
Həmin raundda da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq. Bununla da, Bakı klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində çıxış etmək hüququ əldə edib.

Şərhlər