Rusiyanın Ukraynanın dəniz limanlarını bombalaması səbəbindən ilin ikinci yarısında ölkənin ixrac gəlirlərindəki itkiləri təxminən 2,5 milyard dollar təşkil edəcək.
”AzPolitika” xəbər verir ki, bunu Ukrayna Milli Bankının sədri Andrey Pışnıy brifinqdə bildirib.
O deyib ki, son illərdə Ukrayna ayda orta hesabla 4-4,5 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edib və bu ixracın təxminən 90%-i dəniz limanları vasitəsilə həyata keçirilib. Mövcud alternativ nəqliyyat marşrutları - dəmir yolu və Dunay çayı - ayda təxminən 2,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac etməyə imkan verir.
Milli Bank rəhbəri qeyd edib ki, alternativ marşrutlar dəniz dəhlizinin bağlanmasından yaranan itkiləri azaldacaq, lakin bu logistika xeyli baha başa gəlir və daha aşağı ötürmə qabiliyyətinə malikdir. Bank 2026-cı ilin ikinci yarısında ixrac gəlirlərinin itkisinin təxminən 2,5 milyard dollar təşkil edəcəyini təxmin edir, lakin bu itkinin 2027-ci ilin birinci yarısında bərpa ediləcəyinə ümid var.
Onun sözlərinə görə, Rusiyanın hücumlarının mənfi təsiri ən çox nəqliyyat, mədənçilik və enerji sektorlarında hiss olunacaq. Ümumi mənfi təsirin 2026-cı ildə ÜDM-in təxminən 0,9%-i olacağı təxmin edilir.
“AzPolitika.info”

Şərhlər