"Deutsche Bank Research" tərəfindən hazırlanan “Mapping the World’s Prices 2026” hesabatına görə, 256 GB-lıq iPhone 17 Pro modelinin qiyməti ölkələr arasında ciddi fərqlənir.

Araşdırma göstərir ki, Avropa ölkələri qiymət baxımından ən bahalı bazarlar sırasında yer alır və son on ildə Avropa ilə ABŞ arasındakı qiymət fərqi daha da artıb.

Hesabata əsasən, təhlil edilən 21 Avropa ölkəsi arasında ən aşağı qiymət İsveçrədə qeydə alınıb. Burada iPhone 17 Pro 1 187 avroya satılır.

Ən yüksək qiymət isə Türkiyədədir. Burada eyni modelin qiyməti 2 222 avro təşkil edir ki, bu da araşdırmaya daxil edilən 41 bazar arasında ən yüksək göstəricidir.

Avropada ikinci ən bahalı ölkə Macarıstandır. Burada telefonun qiyməti 1 565 avrodur. Bu, İsveçrədən 378 avro, Türkiyədən isə 657 avro ucuzdur.

Araşdırmaya görə, 40 bazar arasında iPhone yalnız Yaponiyada ABŞ-dən daha ucuz satılır.

- ABŞ  – 1 012 avro (1 181 dollar)

- Yaponiya – 961 avro (1 121 dollar)

Cənubi Koreyada isə qiymət ABŞ ilə eynidir.

Hesabatda qeyd olunur ki, Yaponiyada zəif yen, Cənubi Koreyada isə Samsung kimi yerli rəqabət qiymətlərin aşağı qalmasına təsir göstərir.

"Deutsche Bank" bildirir ki, Avropadakı qiymət fərqlərinin əsas səbəblərindən biri vergilərdir.

Qlobal miqyasda isə Braziliya ikinci ən bahalı bazardır. Burada telefonun qiyməti 1 937 avro təşkil edir.

Hesabat müəllifləri qeyd edirlər ki, Türkiyə və Braziliya nümunələri yüksək vergilər, gömrük rüsumları və milli valyutanın zəifləməsinin qiymətlərə necə təsir etdiyini göstərir.

Avropanın beş ən böyük iqtisadiyyatı arasında ən aşağı qiymət Böyük Britaniyada qeydə alınıb:

- Böyük Britaniya – 1 265 avro;

- Almaniya – 1 293 avro;

- İspaniya – 1 312 avro;

- Fransa – 1 323 avro;

- İtaliya – 1 332 avro.

Araşdırmaya əsasən, Azərbaycanda 256 GB-lıq iPhone 17 Pro modelinin qiyməti 1 935 ABŞ dollarıdır. Bu məbləğ təxminən 3 290 manat edir.

Azərbaycanda hazırda minimum aylıq əməkhaqqı 400 manat olduğundan, minimum maaş alan bir şəxsin bu telefonu almaq üçün maaşından heç nə xərcləmədən təxminən 8,2 ay, yəni 247 gün işləməsi lazımdır.

Həmin siyahını təqdim edirik:

Türkiyə – 2 592 dollar
Braziliya – 2 260 dollar
Azərbaycan – 1 935 dollar
Misir – 1 872 dollar
Macarıstan – 1 826 dollar
Norveç – 1 687 dollar
Meksika – 1 657 dollar
İsveç – 1 601 dollar
Polşa – 1 588 dollar
Çexiya – 1 585 dollar
Finlandiya – 1 578 dollar
Portuqaliya – 1 566 dollar
Yunanıstan – 1 566 dollar
İtaliya – 1 554 dollar
İrlandiya – 1 554 dollar
Danimarka – 1 553 dollar
Fransa – 1 543 dollar
Niderland – 1 543 dollar
Belçika – 1 543 dollar
İspaniya – 1 531 dollar
Avstriya – 1 508 dollar
Almaniya – 1 508 dollar
Lüksemburq – 1 492 dollar
Böyük Britaniya – 1 476 dollar
Hindistan – 1 427 dollar
Avstraliya – 1 413 dollar
Səudiyyə Ərəbistanı – 1 386 dollar
İsveçrə – 1 385 dollar
Yeni Zelandiya – 1 370 dollar
Sinqapur – 1 364 dollar
Malayziya – 1 352 dollar
Tailand – 1 350 dollar
Çin – 1 332 dollar
Vyetnam – 1 330 dollar
Filippin – 1 326 dollar
Kanada – 1 291 dollar
BƏƏ – 1 279 dollar
Tayvan – 1 264 dollar
Honq Konq – 1 200 dollar
ABŞ – 1 181 dollar
Cənubi Koreya – 1 181 dollar
Yaponiya – 1 121 dollar

"AzPolitika.info"