Menu

BAKIDA MƏZİLLƏRİN QİYMƏTİNDƏ KƏSKİN ARTIM - Səbəb nədir? + VİDEO

03.08.2026, 12:19
BAKIDA MƏZİLLƏRİN QİYMƏTİNDƏ KƏSKİN ARTIM - Səbəb nədir? + VİDEO

Bakıda daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması müşahidə olunur.

“AzPolitika” xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, qiymət artımı xüsusilə ümumi sahəsi kiçik olan mənzillərdə və köhnə tikili binalarda daha çox nəzərə çarpır.

Ekspert bildirib ki, yeni tikili binalarda da bahalaşma dalğasının davam edəcəyi gözlənilir: “Bunun əsas səbəblərindən biri paytaxt Bakıda yeni çoxmənzilli yaşayış binalarının inşası üçün yararlı torpaq sahələrinin getdikcə azalmasıdır. Hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1.500-2.500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər, əsasən, bir kvadratmetr üçün 2.500-4 min manat arasında dəyişir”.

Daha ətraflı “Xəzər Xəbər”in materialında:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol