Menu

Ticarət mərkəzində lifti təmir edərkən yıxılıb öldü

06.08.2026, 11:35
Ticarət mərkəzində lifti təmir edərkən yıxılıb öldü

"Laçın” ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“AzPolitika” xəbər verir ki, avqustun 5-i saat 12 radələrində Qara Qarayev prospekti 105-də yerləşən ticarət mərkəzində lift ustası 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov saat 17 radələrində orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol