Gürcüstan qanunvericiliyinə əsasən, Azərbaycan daşıyıcının apardığı yükün xarakterinə uyğun olaraq, yoxlama prosesi laboratoriya rejimində aparılır, bu da nəqliyyat vasitələrinin gecikməsinə səbəb olur.
"AzPolitika" xəbər verir ki, bu barədə Report-a "Azərbaycan Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası"ndan (ABADA) bildirilib.
Məlumata əsasən, son günlər Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində bir sıra çətinliklərin olması barədə xəbərlər yayılıb: "ABADA tərəfindən Gürcüstan istiqamətində fəaliyyət göstərən daşıyıcılardan bu barədə şifahi sorğu aparılıb. Sorğunun nəticəsinə əsasən, belə bir halın kütləvi xarakter daşımadığı müəyyən olunub. Daşımalar normal şəraitdə həyata keçirilir".
Qeyd edilib ki, məsələ ilə bağlı, aidiyyəti dövlət qurumları zəruri tədbirləri həyata keçirirlər və bu barədə əlavə məlumat veriləcək.

Şərhlər