Menu

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini təqribən 37% artırıb

07.08.2026, 20:45
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini təqribən 37% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 160,389 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,8 % çoxdur.

İyulda Türkiyə Azərbaycana 26,262 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 40,3 % çoxdur.

Yanvar-iyul aylarında Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 10,6 % artaraq 10,932 milyard ABŞ dollarına, iyul ayında isə 15,4 % artaraq 1,803 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 077,073 milyon ABŞdolları (1 il əvvələ nisbətən 8,5 % çox), Almaniya 836,354 milyon ABŞ dolları (+6,9 %) və ABŞ 811,449 milyon ABŞ dolları (+33,6 %) dəyərində həyata keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol