Amerikanın Yuta ştatında meşə yanğınının söndürülməsi zamanı helikopterin qəzaya uğraması nəticəsində həlak olan iki nəfərin meyiti aşkarlanıb.
"Report" bu barədə ABŞ-nin Milli İdarələrarası Yanğın Mərkəzinə istinadən xəbər verir.
Qurumdan bildirilib ki, pilot və sərnişin həlak olub. Xilasedicilər qəza yerinə təhlükəsiz şəkildə çata bilmədiklərinə görə yerli hakimiyyət orqanları ölüm barədə məlumatı ilkin olaraq təsdiqləmirdi.
Xatırladaq ki, avqustun 8-də Amerikanın Yuta ştatında böyük meşə yanğınının söndürülməsində iştirak edən "Sikorsky S-64" helikopteri qəzaya uğrayıb.

Şərhlər