Pakistanın Xayber-Paxtunxva əyalətinin Lakki Marvat rayonunda polis bölməsinə silahlı hücum nəticəsində hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, digəri isə yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "Dawn" nəşri polis nümayəndəsinə istinadən xəbər yayıb.
"Terrorçular ərazidə patrul xidməti aparan patrul əməkdaşlarına atəş açıblar", - məlumatda deyilir.
Həlak olan və yaralanan polis əməkdaşları şəhər xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağırdır.
Hadisə yerinə xeyli polis kontingenti cəlb olunub, ərazi mühasirəyə alınıb, hücum edənlərin axtarışı aparılır.

Şərhlər