Menu

Moldova və Rusiya arasında gərginlik - Səfir geri çağırıldı

10.08.2026, 16:27
Moldova və Rusiya arasında gərginlik - Səfir geri çağırıldı

Moldova Xarici İşlər Nazirliyi (XİN) Rusiyadakı səfirini məsləhətləşmələr aparmaq məqsədilə geri çağırdığını bəyan edib. Buna səbəb kimi ölkə ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi və partlaması göstərilib.

"AzPolitika" xəbər verir ki, bu barədə XİN-in rəsmi "Telegram" kanalında məlumat yayılıb.

Rəsmi açıqlamada bildirilir:

"Bu insident Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, bu, vətəndaşlarımızın təhlükəsizliyi üçün ciddi bir təhlükədir".

Uçuş aparatının qalıqları avqustun 9-da Moldovanın Ukrayna ilə sərhədinə yaxın yerləşən Krokmaz kəndi ərazisində aşkar edilib. PUA-nın partlaması nəticəsində xəsarət alan olmayıb. Rusiya Xarici İşlər Nazirliyi hələlik Moldova tərəfinin bu bəyanatına rəsmi münasibət bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol