Menu

"ABŞ süni intellektə güvənərək yanlış proqnozlar verdi" - Pezeşkian

10.08.2026, 19:51
"ABŞ süni intellektə güvənərək yanlış proqnozlar verdi" - Pezeşkian

ABŞ İrandakı daxili siyasi vəziyyətin inkişafı ilə bağlı qiymətləndirmələrində ciddi səhvə yol verib. Buna səbəb Vaşinqtonun süni intellektin təhlillərinə və digər qeyri-obyektiv məlumatlara əsaslanması olub.

"AzPolitika"nın məlumatına görə, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan bəyanat verib.

Ölkədəki sabitliyi pozmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini bildirən dövlət başçısı vurğulayıb:

"Düşmən elə zənn edirdi ki, ölkəmizdə aclıq, qarət, sosial kollaps, qeyri-sabitlik və təzyiq mühiti yarada biləcək. Lakin onların bütün hesablamaları bir-birinin ardınca iflasa uğradı".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol