Menu

KƏMALƏDDİN HEYDƏROV ƏMR İMZALADI - Baş İdarə ləğv edildi

13.08.2026, 22:03
KƏMALƏDDİN HEYDƏROV ƏMR İMZALADI - Baş İdarə ləğv edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.

"AzPolitika" xəbər verir ki, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol