Menu

Agentlik sədri özünə yeni müşavir təyin etdi - FOTO

17.08.2026, 12:01
Agentlik sədri özünə yeni müşavir təyin etdi - FOTO

Dövlət Turizm Agentliyinin (DTA) sədrinə yeni müşavir təyin olunub.

"AzPolitika" İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Agentlik sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nigar Cəbrayılova sədrin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, N.Cəbrayılova bu təyinatadək sədrin köməkçisi vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol