Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var.

"AzPolitika" Valyuta.az-a istinadla xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.

Vakansiya elan edilən nazirliklər və vakant yerlərin sayı aşağıdakı kimidir:

Mədəniyyət Nazirliyi - 1 vəzifə üzrə 1 yer;

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 2 vəzifə üzrə 2 yer;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 7 vəzifə üzrə 7 yer;

Energetika Nazirliyi - 2 vəzifə üzrə 2 yer;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 3 vəzifə üzrə 3 yer;

Gənclər və İdman Nazirliyi - 11 vəzifə üzrə 11 yer;

Müdafiə Sənayesi Nazirliyi - 3 vəzifə üzrə 3 yer.