Dövlət strukturlarında kadr dəyişiklikləri və yerdəyişmələr davam edir və bu dəfə kadr islahatları diqqətçəkən bir təyinatla yadda qalıb.
"AzPolitika"nın "nocomment.az"a istinadən verdiyi məlumata görə, cari ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəhbər təyin olunan Rafael Zakir oğlu Məmmədov tutduğu vəzifədən ayrılaraq fəaliyyətini digər strateji qurumda davam etdirəcək.
Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlinin müvafiq qərarı ilə Rafael Məmmədova qurumun tabeliyində fəaliyyət göstərən Yolların Mühafizəsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəis müavini təyin edilib.



Şərhlər