Menu

"SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur" - Mikayıl Cabbarov

22.08.2026, 16:30
"SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur" - Mikayıl Cabbarov

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu zamanı bildirib.

Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR "Uzbeknefteqaz" və Britaniyanın "BP" şirkəti ilə tərəfdaşlıq çərçivəsində investor qismində Özbəkistan regionlarının birində yerləşən perspektivli "Üstyurt" yatağının işlənməsində fəal iştirak edir.

"Bizə göstərilən etimadı yüksək qiymətləndiririk. SOCAR qardaş Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Həmçinin bu gün Özbəkistanın pərakəndə ticarət bazarına daxil olunacağı, yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı rəsmən elan ediləcək", - M.Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, "AzerGold" QSC özbəkistanlı həmkarları ilə tərəfdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparacaq və hasilatla məşğul olacaq.

"Bütün bu fəaliyyət Özbəkistanın regionlarında həyata keçirilir", - M. Cabbarov əlavə edib.

Şərhlər

Eli 2026-08-22 19:00:34

Yaşa bir gün de istehsalat təcrbən olmadan Azerbaycan iqtusadiyyayını "İdare edirsən"bu temple özbəkleri də "çörek sahibi edib"iqtisadiyyatını çiçeklendirersən"Uğurlar....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol