Menu

“ONU SAAKAŞVİLİNİN AQİBƏTİ GÖZLƏYİR...” - Medvedev yenə hədələyir

25.08.2026, 23:01
“ONU SAAKAŞVİLİNİN AQİBƏTİ GÖZLƏYİR...” - Medvedev yenə hədələyir

"Qərbin (2008-ci ildə Cənubi Osetiya və Abxaziyada baş verən hadisələrdən sonra) öyrənməli olduğu əsas dərs budur ki, Rusiya ilə döyüşmək lazım deyil. Onun tarixi bu cür cəhdləri çox görüb. Nəticə həmişə eyni olub: rus ruhunun və silahlarımızın qüdrətinin qələbəsi, ardınca isə işğalçıların utancverici qaçışı".

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Onun bu fikirləri Rusiya mediasında yer alıb.

Həmişəki kimi, Ukrayna Prezidenti Volodimir Zelenski barədə də kəskin ifadələr işlədən Medvedev onun tezliklə keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin taleyini təkrarlayacağını qeyd edib.

O iddia edib ki, Zelenskinin "nə həmvətənləri, nə də Qərb üçün heç bir faydası olmayacaq və cinayətlərinə görə beynəlxalq tribunal qarşısında cavab verəcək": “O, keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili ilə eyni aqibəti yaşayacaq. Bəs o, indi haradadır? Ona nə olub? Əminəm ki, tezliklə neonasist və terrorçu, Kiyev xuntasının liderini heç də az olmayan faciəli bir aqibət gözləyir. Onun nə həmvətənlərinə, nə də Qərb havadarlarına heç bir faydası olmayacaq".

Medvedevin sözlərinə görə, "milli məsələləri qızışdırmaq mənasızdır, çünki bu, həmişə təxribatçıların özləri üçün ağrılı və çox vaxt düzəlməz nəticələrə gətirib çıxarır". Bu zaman əslində, beynəlxalq tribunalın kimin barəsində axtarış elan etdiyini “unudan” Medvedev, həm də milli məsələləri ən çox qızışdıran, qeyri millətlərə aşağılayıcı münasibət göstərən, milli və dini ayrıseçkilik, qonşu ölkələrə və xalqlara qarşı imperiyaçılıq və açıq şantaj siyasəti yürüdən dövlətin məhz Rusiya olduğunu da əlbəttə ki, deməyib…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Eli 2026-08-27 19:16:54

Ay alkaş bes seni ne gözleyir ,Saakaşvili heç olmasa Kişi kimi sözünü dedi milletine ne şse eledi ABŞ prezidentini Gürcüstana getizdirdi,Sen alkaşın heç vecıne de deyil ki 20-25 yaşında heyatı başa düşmeyen İvanlar qetl olunurlar.

Roma 2026-08-26 11:05:16

Rusiyanın siyasi rəhbərliyi başda prezidenti, Xİ naziri və bu Medvedev kimi digərləri bütün dünyanı "ələ salırlar", məgər Zelenski cinayətkardır, cinayətkar sizsiniz və Putinin çaldığı havaya oynayırsınız...

Yy 2026-08-26 05:18:50

Yəqin poxmeldi)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol