Almaniyanın xarici kəşfiyyat xidməti BND kibermübarizə sahəsində yeni əməkdaşlar tapmaq üçün bu həftə Köln şəhərində keçiriləcək Gamescom 2026 oyun sərgisində xüsusi stendlə iştirak edəcək.

BND texnologiyaya maraqlı və kibertəhlükəsizlik bacarıqları olan oyunçuları cəlb etməyi planlaşdırır. 

Namizədlər üçün 5 mərhələli hakerlik testi keçiriləcək. Təşkilatın nümayəndələrinin sözlərinə görə, oyunçuların strategiya qurmaq, müxtəlif rollara uyğunlaşmaq və tapşırıqları sona çatdırmaq bacarıqları kəşfiyyat fəaliyyəti üçün faydalı ola bilər.

BND-nin Gamescom-da özünün hazırladığı “BND Legends” adlı video oyunu da təqdim ediləcək. Yeni əməkdaşların gələcəkdə Rusiyanın kiberhücumlarına qarşı “hack back”, yəni əks-hücum əməliyyatlarında iştirakı nəzərdə tutulur.

"AzPolitika.info"