Sentyabrın 1-dən etibarən sənaye məqsədləri üçün sudan istifadə və tullantı sularının axıdılması üzrə yeni ödəniş tarifləri tətbiq olunmağa başlayır.
“AzPolitika” xəbər verir ki, müəyyən edilən yeni qaydalara əsasən, sənaye müəssisələri tərəfindən müxtəlif su mənbələrindən götürülən və su obyektlərinə axıdılan tullantı suları üçün ödəniş dərəcələri diferensiallaşdırılıb.
Qərara əsasən, sənaye məqsədilə götürülən hər 100 kubmetr suya görə aşağıdakı tariflər müəyyənləşdirilib:
Xəzər dənizindən: 0,4 manat;
Çay və göllərdən: 4 manat;
Yeraltı sulardan: 40 manat.
Eyni zamanda, su obyektlərinə axıdılan hər 100 kubmetr tullantı suyuna görə tətbiq olunacaq rüsumlar da bəlli olub:
Xəzər dənizinə axıdıldıqda: 1 manat;
Çay və göllərə axıdıldıqda: 4 manat.
Mütəxəssislərin fikrincə, yeraltı sulardan istifadəyə görə tariflərin daha yüksək müəyyən edilməsi ölkənin strateji şirin su və yeraltı su ehtiyatlarının qorunmasına, müəssisələrin dəniz suyundan və ya təkrar emaldan istifadəyə təşviq edilməsinə xidmət edir.
“AzPolitika.info”

Şərhlər